27 oktyabr 2024 at 09:49
Jurnalist kodu: 5564
Xəbər kodu: 85640542
T T
0 Persons

Tags

Prezident: İran övladları vətənin müdafiəsi üçün canlarını fəda etdilər

Tehran - İRNA - Prezident vətənin igid övladlarının şəhadəti ilə bağlı başsağlığı verərkən bildirib ki, İran övladları vətənin müdafiəsi yolunda canlarını fəda ediblər.

İran İslam Respublikası Ordusunun 4 əməkdaşının sionist rejimin təcavüzü nəticəsində şəhadəti, eləcə də Taftan şəhərinin Gövhərkuh polis məntəqəsinin 10 əməkdaşı və əsgərinin şəhadətindən sonra Məsud Pezeşkiyan öz mesajında yazıb: İran övladları vətənin müdafiəsi yolunda canlarını fəda etdilər. Vətən igidlərinin şəhadəti münasibəti ilə ordunun cəsur əməkdaşlarına, Polis Qüvvələrinin fədakarlarına, şəhidlərin əziz ailələrinə və qəhrəman İran xalqına başsağlığı verirəm. 

Prezident əlavə edib: İranın düşmənləri bilməlidirlər ki, bu şücaətli xalq heç bir qorxu olmadan öz torpaqlarının müdafiəsində dayanırlar və istənilən axmaqlığa tədbir və ağılla cavab verəcəklər. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .